(055) 681-96-61, (012) 409-02-74

Məntiq Olimpiadasının qaliblərinin mükafatlandırılması PRESTIJ-S TƏDRİS MƏRKƏZİ

06.11.2018
 

5 noyabr tarixində PRESTİJ-S Tədris Mərkəzinin ADPU tələbələri arasında təşkil etdiyi “Məntiq Olimpiadasının” qaliblərinin mükafatlandırılması təşkil olunmuşdur.

ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxış edərək iştirakçı tələbələri təbrik etdi və bu formatda yarışlarının üniversitetdə tez-tez təşkil olunmasının vacibliyini bildirdi.

Daha sonra ADPU məzun,karyera mərkəzinin sədri Könül xanım çıxış edərək tədbir iştirakçılarına Olimpiadanın təşkili və reqlamenti haqqında ətraflı məlumat verdi.

Tədbirin davamında PRESTİJ-S Tədris Mərkəzinin direktoru Samid müəllim çıxış edərək ADPU rəhbərliyinə və təşkilatçılara təşəkkürünü bildirdi və qalib gələn tələbələri təbrik etdi.

Olimpiadanın final mərhələsində iştirak edən bütün iştirakçılar sertifikat ilə təltif edildilər. Qeyd edək ki, iki mərhələdən ibarət olan Olimpiadada ümümilikdə 300 yaxın tələbə iştirak etmişdir və 62 tələbə final mərhələsinə vəsiqə qazanmışdır!

Qaliblər PRESTİJ_S Tədris Mərkəzi tərəfindən pul mükafatları,diplom,kubok və qiymətli hədiyələr ilə təltif edildilər

Qaliblərin sizlərə təqdim edirik. 
I yer Coşqun Nəsirli 
II yer Xəzər Mustafayev 
III Leyla Nurullayeva

Bizdə Prestij-S Tədris Mərkəzi olaraq iştirakçıları və qalibləri təbrik edir,uğurlar arzu edirik!

 

PRESTIJ-S TƏDRİS MƏRKƏZİ

Təhsilinizi bizimlə bərabər inkişaf etdirin!

Scroll to Top